12px14px16px18px

Diplomatik Akademiya Peşəkar Korporativ Proqramının icrasına başlayıb

00:43 / 01.05.2012
Azərbaycan Diplomatik Akademiyası (ADA), dövlət qulluqçuları və özəl sektorda çalışan mütəxəssislər, menecerlər və icraçı direktorlar üçün nəzərdə tutulmuş Peşəkar Korporativ Proqramına start verib.
Akademiyadan verilən məlumata görə, Açıq Qeydiyyat (Open Enrollment) və Xüsusi Proqramlar (Customized Programs) vasitəsilə, ADA, strategiya, insan resursları, marketinq, maliyyə, biznes etikası və kommunikasiya bacarıqları sahəsində qısa müddətli təlim kursları təklif edir. Açıq Qeydiyyat Proqramı istənilən şirkət və təşkilatın əməkdaşlarına açıq olacaq. Xüsusi Proqramlar isə bir təşkilatın spesifik təlim ehtiyaclarına uyğunlaşdırılaraq hazırlanacaq. Bütün Peşəkar Korporativ Proqramlar, ADA-nın və xarici universitetlərin professorları, Azərbaycanın özəl, dövlət sektorunun peşəkarları, o cümlədən, Avropa, ABŞ və regionun aparıcı ekspertləri tərəfindən tədris olunacaq.
Təlimlər həm azərbaycan, həm də ingilis dillərində aparılacaq. Hər bir təlim kursunun sonunda, iştirakçılar, ADA-nın sertifikatını alacaqlar. ADA-nın ilkin Peşəkar Korporativ Proqramları – “İnsan resurslarının idarəedilməsi” proqramı (Human resource management), 29-31 may, “Menecerlər üçün kommunikasiya bacaraqları” proqramı (Management communications) isə 7-8 iyunda ABŞ-ın aparıcı ekspertləri tərəfindən keçiləcək. Proqramlar haqqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün bu linkə baxmaq olar:http://ada.edu.az/academics/executiveedu/631/.
Məlumatda bildirilib ki, 2007-ci ildən etibarən, ADA-nın İxtisasartırma Proqramları altı yüz azərbaycanlı və xarici dövlət qulluqçularına müxtəlif mövzuda və sayda təlim və sertifikat proqramları keçib.
S.QARAYEVA




Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar