12px14px16px18px

Azərbaycan məktəblərində Həmkara Dəstək təlimləri həyata keçirilir

00:43 / 01.05.2012
“Mədəd Azərbaycan” və “Microsoft Azərbaycan” təşkilatlarının əməkdaşlığı çərçivəsində Azərbaycan məktəblərində Həmkara Dəstək təlimləri başlayıb.
İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, təlimin məqsədi məktəblərdə təhsilin və müəllimlərin peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsinə yönəlib. Müvafiq təlimlər Bakı, Sumqayıt, Bərdə, Qax, Quba şəhərlərində keçirilir. Hazırda bu təlimlər Bakı şəhərində 7, 220 və 285 saylı tam orta məktəblərdə davam edir.
Qeyd edək ki, həmkara dəstək layihəsi müxtəlif dünya ölkələrində həyata keçirilir və Azərbaycan bu şəbəkəyə qoşulan 50-ci ölkədir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən layihənin əsas məqsədi məktəblərdə müəllimləri fəallaşdırmaq, onlara metodiki məsləhətlər vermək və müasir texnologiyaların təlim və tədris prosesinə effektiv tətbiqini təmin etmək üçün məktəblərdə dayaq nöqtələri, yəni həmkar müəllimlər hazırlamaqdır. Həmkara dəstək tədrisin və müəllimlərin peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsinə yönəlmiş peşəkar inkişaf metodudur. Məlumatda bildirilib ki, təlimlər vasitəsilə həmkar müəllimlər məktəblərdə çalışan digər müəllimlərə informasiya və kommunikasiya texnologiyalarının təhsildə istifadəsi üzrə praktiki məsləhətlər və istiqamətlər verəcək. Bununla, həm tədris olunan fənn, həm də müasir texnologiyaların bu fənnin tədrisində istifadəsi təhsilin keyfiyyətinin artmasına səbəb olacaq.
S.QARAYEVA





Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar