12px14px16px18px

Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib

05:44 / 28.04.2012
Dünən Qafqaz Universitetinin Pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyat bölümü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və ÇAĞ öyrətim işlətmələri şirkətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı təşkil olunub. İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbəri olduğu təhsil ocağında bu cür tədbirlərin mütəmadi olaraq təşkil edildiyini, belə konfransların tələbələrin dünya görüşünün genişlənməsinə mühüm təsir göstərdiyini vurğulayıb. “Konfransın universitetimizə və Azərbaycan elm mühitinə yeniliklər gətirəcəyinə ümid edirik” – deyə rektor vurğulayıb.
Pedaqogika fakültəsinin rəhbəri Əli Bərəkət isə bildirib ki, konfransın məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətlər və nəticələri müzakirə etmək, araşdırmaqda olduğu elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaqdır. Bir gün davam edən konfransın proqram Dilçilik, Ədəbiyyat və Təhsil kimi tədqiqat sahələrini əhatə edir. Beynəlxalq konfransa ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı qatılıb.
S.QARAYEVA



Bu yazı ( 169 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar