12px14px16px18px

Paytaxtdakı 310 məktəbdə şagirdlərin bilik səviyyəsi yoxlanılıb

05:40 / 28.04.2012
Dünən Bakı şəhərində 310 məktəbdə 30 minə yaxın şagirdi əhatə edən bilik monitorinqi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyevin sözlərinə görə, İdarə tərəfindən paytaxtın ümumtəhsil orta məktəblərində aparılan monitorinq 3 ildir ki, keçirilir. Yekunda monitorinqin nəticələri müzakirə olunur və şagirdlərin bilik səviyyələri müəyyən olunur: “Əvvəlki illərin nəticələri göstərib ki, məktəbdə verilən qiymətlə monitorinqin nəticələri arasında faiz nisbətində fərqlər var. Bu təbii haldır və məktəblərdə bu sahədə aparılan işlər ildən-ilə nəticələrin daha yaxşı olmasına yardım edir. Belə ki, 2010-cu ildə keçirilən monitorinqlə 2011-ci ildə keçirilən monitorinqin nəticələrində müsbətə doğru irəliləyiş var. Ümid edirik ki, builki nəticələr ötənilkindən daha yaxşı olacaq”. F.Həmzəyev qeyd edib ki, monitorinqin gələcəkdə də keçirilməsi planlaşdırılır.
İdarə rəsmisi əlavə edib ki, aprelin 27-də Bakının ümumtəhsil məktəblərinin IV sinif şagirdləri arasında riyaziyyatdan test yoxlaması keçirilib: “Bu il şagirdlərə hər birində 15 sual olmaqla 10 variant üzrə yoxlama testləri təqdim edilib. Test imtahanlarının əsas məqsədi ibtidai təhsilin sonuncu pilləsində olan şagirdlərin mənimsədikləri biliklərin səviyyəsini öyrənməkdir. İmtahanın nəticələri bir həftə ərzində açıqlanacaq”.
S.QARAYEVA



Bu yazı ( 163 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar