12px14px16px18px

Xaricdə təhsillə bağlı müsabiqəyə mayın 1-də start veriləcək

12:18 / 27.04.2012
Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 1-də başlayacaq müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və prezident yanında Təhsil üzrə Komissiyanın “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlar iştirak edə bilər. 2012-2013-cü tədris ilində dövlət proqramı çərçivəsində təhsil almaq üçün biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb və turizm prioritet ixtisas istiqamətləri müəyyən edilib. 2011-2012-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.
S.QARAYEVA



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar