12px14px16px18px

Azərbaycanlı gənclər avropalı yaşıdları ilə müzakirələr aparıblar

00:38 / 10.03.2012
Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası” (ELSA), həmçinin “Azərbaycan Hüquqşünasları Konfederasiyası”nın təmsilçiləri avropalı gənclərlə görüş keçirib. Avropanın 12 ölkəsindən gələn gənclər təşkilatlarının nümayəndələri ilə Azərbaycan gəncləri arasında keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Görüşün keçirilməsində əsas məqsəd Avropa və Azərbaycan gəncləri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə tanışlıqdır. Görüşdə ARGTMŞ-in beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov, ELSA-nın idarə heyətinin üzvü və “Azərbaycan Hüquqşünasları Konfederasiyası”nı təmsil edən gənclər öz həmkarları ilə müxtəlif mövzularda müzakirələr aparıb. Avropalı gənclərin Azərbaycana tez-tez səfərlərinin təşkil edilməsi, o cümlədən ölkə gənclərinin də Avropaya inteqrasiyası məsələləri prioritet mövzulardan olub. Görüşdə Azərbaycan gəncləri öz avropalı həmkarlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək işğal altında olan ərazilərdən 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin olması faktını diqqətə çatdırıblar.
S.QARAYEVA




Bu yazı ( 191 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar