12px14px16px18px

BSU-nun xarici tələbələrlə görüşü

14:01 / 08.03.2012
Dünən Bakı Slavyan Universitetində (BSU) Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, İtaliya, İspaniya, İrlandiya, Estoniya, Rusiya, Belorusiya, Bolqarıstanı təmsil edən gənclərlə universitetin Tələbə Gənclər Təşkilatının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov tədbir iştirakçılarını universitetin rektoru, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayevin adından salamladı və onlara universitet barədə, tələbələrin ictimai təşkilatları haqqında məlumat verib. Universitet haqqda məlumat verən O.Səmədov bildirib ki, 1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institut bakalavr hazırlığı üzrə dördillik tədris planına keçmiş, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başlanıb. Bakı Slavyan Universiteti unikal təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq edir. Burada rus və digər slavyan dilləri və ədəbiyyatı üzrə ciddi tədqiqatlar həyata keçirilir, təkcə respublikamız üçün deyil, həm də bir çox Şərq ölkələri üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlanır.
Daha sonra TGT-nin sədri M.Əmirov çıxış edib. O, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı haqqında qonaqlara məlumat verib. Təşkilatın 1996-cı ildə yaradıldığını və 2004-cü ildə ümumittifaq şəklində birləşdiyini qeyd edib.
Qarşılıqlı suallar şəklində davam edən tədbirdə qonaqlar universitet və təşkilat haqqında məlumatlar əldə etdilər. Müxtəlif ölkələrdən iştirak edən tədbir iştirakçıları gələcəkdə BSU ilə əlaqələr yaradılmasından məmnun olacaqlarını bildiriblər.
Sonda TGT və Kölgə Kabinetinin üzvləri müxtəlif ölkələrin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərini və universitetin muzeyini tədbir iştirakçıları ilə tanış olublar.
S.QARAYEVA




Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar