12px14px16px18px

Turizm İnstitutunda Mərakeş səfiri ilə görüş olub

08:21 / 07.03.2012
Dünən Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami Azərbaycan Turizm İnstitutunun (ATİ) qonağı olub. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru Cəfər Cəfərov səfiri rəhbərlik etdiyi ali təhsil ocağında salamlamaqdan məmnunluğunu bildirib. Söhbət əsnasında institutun yaranma tarixi, dünyanın nüfuzlu universitetləri ilə əlaqələri, əhəmiyyətli layihələrdə iştirakı, ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında ikili diplom təcrübəsindən danışıb. Eləcə də bu ilin əvvəlində Bakı Turizm Peşə məktəbinin fəaliyyətə başladığını qonağın nəzərinə çatdırıb.
Rektor C.Cəfərov Şimali Afrikanın ekzotik mənzərəsinin ünvanı sayılan Mərakeşin dünyada yay və qış turizm diyarı kimi məşhur olduğunu bildirib. Ölkəsi haqqında xoş sözlər eşitdiyi üçün C.Cəfərova təşəkkür edən səfir Həsən Hami ATİ-yə gəlişinin məqsədini açıqlayıb. Mərakeş dövlət universitetlərinin təhsil sahəsində ATİ ilə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb. Tanışlıq müstəvisində keçən görüşdə Kasablanka Universitetinin İsveçrənin Gilion Universiteti, eləcə də Cenevrənin Otel Məktəbi arasında turizm təhsili sahəsində əməkdaşlıq müqaviləsi imzaladığını bildirib. ATİ-nin turizm sənayesi üçün kadr hazırlığı sahəsində ixtisaslaşdığını, Mərakeş universitetləri ilə etibarlı tərəfdaş ola biləcəyinə inandığını diqqətə çatdırıb. Ölkəsinin strateji inkişaf proqramında dünyanın turizm üzrə ilk 20-lik qrupda Mərakeşin öncül yer almasını əsas hədəf saydığını bildirib.
S.QARAYEVA



Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar