12px14px16px18px

Avropa Şurası Bakı Ofisinin rəhbəri BSU-da “Səfir saatı”nın qonağı olub

11:58 / 09.06.2010
Bakı Slavyan Universitetinin (BSU) ənənə halını almış və hər dəfə maraqla qarşılanan tədbirlərindən olan “Səfir saatı”nın növbəti qonağı Avropa Şurasının Bakı ofisinin rəhbəri Veronika Kotek olub. “Azərbaycanın Avropaya inteqrasiyası” mövzusunda keçirilən görüşü giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev qonağı universitetin müəllim və tələbə heyəti adından salamlayıb. O qeyd etdi ki, bu Veronika Kotekin BSU-ya ilk gəlişi deyil. Hazırda universitetimizdə BBC ilə birgə Jurnalistikanın Azərbaycandakı inkişafına dəstək layihəsi həyata keçirilir və Avropa Şurası timsalında xanım Kotek də bu layihəni dəstəkləyir. Azərbaycandakı fəaliyyətindən söhbət açan Veronika Kotex görüş iştirakçılarına Avropaya inteqrasiya prinsipləri haqqında ətraflı məlumat verib. O bildirdi ki, Avropa İttifaqının tam üzvü olmaq üçün birinci növbədə dövlət demokratiya qaydalarına əməl etməli, mətbuat və cəmiyyətə tam azadlıq verməlidir. Daha sonra qonaq Avropaya inteqrasiyanı sürətləndirən amillərdən biri kimi Bolonya təhsil sisteminə toxunub: “Bu sistem Avropanın müxtəlif ölkələrindəki tələbə və müəllim heyətinin sıx əməkdaşlıq etməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”. O, həmçinin, qeyd etib ki, Azərbaycan Avropaya inteqrasiya yolunda demokratik dəyər və prinsipləri tətbiq etməklə uğurlu inkişaf yolu keçir. V.Kotek tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
S.QARAYEVA


Bu yazı ( 372 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar