12px14px16px18px

Eldar Sabiroğlu: “Türkiyəyə müayinə olunmaq üçün getmişəm”

“HƏKİMLƏR HƏR ŞEYİN QAYDASINDA OLDUĞUNU BİLDİRDİLƏR”

01:40 / 26.05.2012
“Gülhanə Tibb Akademiyasına müayinə olunmaq üçün getmişəm”. Bunu hazırda Türkiyədə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında deyib. Müdafiə Nazirliyinin sözçüsü mətbuatda səhhəti ilə bağlı Türkiyənin Gülnahə Hərbi Tibb Akademiyasına aparılması barədə yayılan məlumatlarla bağlı suala cavabında vəziyyətinin normal olduğunu açıqlayıb. E. Sabiroğlu 6 ay bundan əvvəl Gülhanə Hərbi Tibb Akademiyasında diz qapağından əməliyyat olunduğunu, bu dəfə həkimlərin məsləhəti ilə müayinə olunmaq üçün Türkiyəyə getdiyini deyib: “O zaman həkimlər məsləhət görmüşdülər ki, 6 ay sonra onlara müraciət edim, müayinələrdən keçim. Mən də buna əməl etdim, müayinə olundum. Həkimlər bildirdilər ki, hər şey qaydasındadır”. E. Sabiroğlu bir neçə gün sonra işə çıxacağını da deyib.


Bu yazı ( 190 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar