12px14px16px18px

Rusiya Qəbələ RLS-dən imtina edə bilər

RUSİYA MÜDAFİƏ NAZİRLİYİNDƏKİ MƏNBƏ: “AZƏRBAYCANIN İSTƏDİYİ İLLİK İCARƏ HAQQINA RUSİYADA QƏBƏLƏ RLS KİMİ İKİ OBYEKT TİKMƏK OLAR”

00:54 / 25.05.2012  
Rusiya Müdafiə Nazirliyi Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılması məsələsinə Azərbaycanın qeyri-konstruktiv yanaşmasından məyus olub. APA-nın məlumatına görə, bu fikirləri “İnterfaks-ABN” saytına nazirlikdəki mənbə deyib. Mənbənin sözlərinə görə, illik icarə haqqının əsassız olaraq dəfələrlə artırılması Moskvada anlaşılmazlıq doğurur: “Bir illik icarə üçün ödənilən məbləğə Rusiya ərazisində iki belə stansiya tikmək olar. Bundan başqa Qəbələ RLS ciddi şəkildə modernizasiya olunmalıdır ki, bu da kifayət qədər maliyyə xərci tələb edir. Buna görə də Rusiya modernizasiya xərclərinin özünü doğrultması üçün bu stansiyadan ən azı 10-15 il istifadə etməkdə maraqlıdır”.


Bu yazı ( 60 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar