12px14px16px18px

“Putinin təşəbbüsü ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi qərarlar qəbul oluna bilər”

08:10 / 07.03.2012  
Vladimir Putinin prezident seçilməsi Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələri daha da genişləndirəcək. “Trend”in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
M.Qurbanlı hesab edir ki, Putinin həyata keçirdiyi siyasət varislik prinsipinə söykənəcək. Millət vəkilinin sözlərinə görə, yeni dövlət başçısı yenə eyni siyasi mövqeni Rusiyanın xarici siyasətində davam etdirəcək.
M.Qurbanlı Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində praqmatik siyasət həyata keçirəcəyini düşünür: “Onun təşəbbüsü ilə Rusiya münaqişənin nizamlanması ətrafındakı danışıqlar prosesində də səylərini fəal şəkildə artıracaq. Hesab edirəm ki, Rusiyanın yeni prezidentinin təşəbbüsü ilə münaqişənin həlli ilə əlaqədar ciddi qərarlar qəbul oluna bilər. Bizim problemlə bağlı gözləntilərimiz yalnız ədalətin bərqərar olması ilə əlaqədardır və burada Rusiyanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir”.





Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar