12px14px16px18px

Fransa prezidentinin təyyarəsini ildırım vurdu

12:20 / 16.05.2012
Mayın 15-də and içərək səlahiyyətlərinin icrasına başlayan Fransanın yeni prezidenti Fransua Olland ölümdən dönüb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, dünən rəsmi səfərlə bağlı Almaniyanın paytaxtı Berlinə yola düşən Fransua Ollandın təyyarəsi ildırım vurub.

Hadisə təyyarəyə havaya qalxdıqdan 4 dəqiqə sonra baş verib. Buna görə də, təyyarə geri qayıdaraq aeroporta enməli olub. Daha sonra Fransua Olland başqa təyyarə ilə Berlinə uçub. Fransua Olland baş verən hadisə ilə bağlı Almaniyaya 1 saat gec çatıb. Fransanın yeni prezidentini Almaniya baş naziri Angela Merkel hərbi mərasimlə qarşılayıb.




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar