12px14px16px18px

Zaqatalada üçüncü dəfə zəlzələ oldu

12:17 / 07.05.2012
Bu gün ərzində Zaqatalada üçüncü dəfə zəlzələ baş verib. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 10:40 radələrində Zaqatala rayonundan 18 km cənubda zəlzələ qeydə alınıb. Zəlzələ Zaqatalada 4.0, Qax, Oğuz, Şəki, Mingəçevir, Gədəbəy, Şəmkir rayonlarında 2.0-4.0 bal gücündə hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.


Bu yazı ( 173 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar