12px14px16px18px

Türkiyədə danışılmış oyunlarla bağlı qərar açıqlandı

10:46 / 07.05.2012
Türkiyədə danışılmış oyunlarla bağlı Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komissiyasının qərarı açıqlanıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, danışılmış oyunlarla bağlı aparılan araşdırma sonucunda “Fənərbaxça” klubu və klubun prezidenti Əziz Yıldırım haqqında cəza verilməyib.
“Fənərbaxça” klubu və Əziz Yıldırımla bağlı qərarda qeyd olunur ki, komandanın keçirdiyi oyunlarda qaydaların pozulması, hətta təşəbbüs olmuş olsa belə, bunun oyunlara təsir etmədiyi üzə çıxıb.
Peşəkar Futbol İntizam Komissiyasının qərarına görə aşağıdakı şəxslər konkret müddətdə futbol aləmindən uzaqlaşdırılmaq cəzasına məhkum ediliblər:

İbrahim Akın - 3 il
Ümit Karan - 2 il
Şekip Mosturoğlu - 1 il
İlhan Ekşioğlu - 3 il
Cemil Turan - 1 il
Ahmet Çelebi - 2 il
Serdar Kulbilge - 2 il
Cengiz Demirel - 1 il
Yavuz Ağırgöl - 1 il
Mehmet Şen - 1 il.


Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar