12px14px16px18px

Qarabağ veteranı özünü güllələdi

09:51 / 07.05.2012
Mayın 5-də Şabran rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ərəblər kənd sakini 1974-cü il təvəllüdlü Nəcəfov Elçin Müslüm oğlu yaşadığı evin həyətində odlu silahdan atəş açaraq intihar edib.
Məlumata görə, ailəli 3 uşaq atası olan E.Nəcəfov özünə məxsus ov tüfəngindən döş qəfəsi nahiyəsinə atəş açıb. O aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Verilən digər məlumatda bildirilir ki, 38 yaşlı Şabran sakini Qarabağ döyüşlərində iştirak edib. Müharibə vaxtı o başından güllə yarası alıb və uzun illər imiş ki, bu xəsarətdən müalicə olunurmuş.
Faktla əlaqədar Şabran rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.



Bu yazı ( 163 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar