12px14px16px18px

Azərbaycanlı Türkiyədə 100 min dollarlıq oğurluq avtomobillə saxlanıldı

20:15 / 30.04.2012
Həmyerlimizin ifadəsi alınıb, maşını isə müsadirə edilib.Ukraynadan gəmi ilə Zonquldağa gətirilən 100 min dollar dəyərindəki çip Slovakiyadan qaçırıldığı üçün saxlanılıb. Lent.az-ın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, çipin 46 yaşında olan Azərbaycan əsilli sürücüsü N.G. maşını Ukraynadan satın aldığını, oğurluq olduğunu bilmədiyini vurğulayıb.
Zonquldaq Gömrük Mühafizə Xidmətinin əməkdaşları gəmi ilə Zonquldağa gələn lüks cipdə araşdırmalar aparıb. Slovakiyadan qaçırıldığı məlum olan 100 min dollarlıq maşının Ukrayna pasportu daşıyan azərbaycanlı sürücü N.G. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, həmin avtomobil Zonquldaq Gömrük Xidmətinə təhvil verilib.



Bu yazı ( 245 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar