12px14px16px18px

Bakıda avtomobil qənimləri ələ keçdi

13:02 / 30.04.2012
Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda oğurluq etdiklərinə görə tutulan Emil Dadaşovun və Davud Səmədovun Zirəddin Ələşova məxsus «VAZ-2106» markalı, Mustafa Aslanova məxsus «VAZ-21063» markalı, Kərim Kərimova məxsus «VAZ-21074» markalı və Rasim Əliyevə məxsus «VAZ-2106» markalı, Qoşqar İbişova məxsus «VAZ-2106» markalı avtomaşınları qaçırmaları müəyyən edilib. Sonrakı araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Elçin Abdullayevə məxsus «Mercedes», Həsənağa Abbasova məxsus «VAZ-2107», Zaur Nəzirova məxsus «VAZ-2107», Vidadi Məmmədova məxsus «Hyundai Tucson», Elçin Abdullayevə məxsus «Mercedes», Konstantin Bayramova məxsus «Hyundai Sonata», Əzim Hüseynliyə məxsus «Kia Sportage», Cəlal Əliyevə məxsus «VAZ-2107», Elxan Hacıyevə məxsus «KİA-RİO», Fərid Cəfərova məxsus «VAZ-21214» ,Xəyal Həsənova məxsus «VAZ-2107», Suceb Tağıyevə məxsus «VAZ-21015» markalı avtomaşınlardan pul və hissələrini sökərək oğurlayıblar. Həmçinin E.Dadaşov və D.Səmədovun Balaxanım Babayevaya məxsus «Kia» markalı avtomaşından isə oğurluğa cəhd göstərmələri müəyyən edilib. Eləcə də onların Vüsal Əhmədovla birgə Cənubi Koreya vətəndaşı Liu Seok Jinə məxsus «Hyundai» markalı avtomaşından tibbi avadanlıqlar oğurlamaları da ortaya çıxıb.


Bu yazı ( 70 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar