12px14px16px18px

Sabahdan Azərbaycanda əcnəbi serialların yayımı dayandırılacaq

11:41 / 30.04.2012
MTRŞ sədri: “Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın geri alınması üçün işə başlayır”.
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət bu gün başa çatır. Sabahdan ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılacaq. MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və dəyişə bilməz: “Bu elə məsələdir ki, bir dəfə qərar verilir. Qərar verilib, yerinə yetiriləcək. Bu qərarı pozanlara qarşı qanuna uyğun addımlar atılacaq. MTRŞ-nın qərarları kanallar üçün məcburidir. Qəbul etməsələr, qərarı yerinə yetirməsələr, təbii ki, adekvat addımlar atılacaq”.
Şura sədri bəyan edib ki, qanuna əsasən, MTRŞ-nın qanunu pozanlara qarşı üç cəza tədbiri var: “Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın geri alınması üçün işə başlayır. Qanunu pozanlar üçün bu üçündən biri tətbiq olunacaq”.


Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar