12px14px16px18px

MTN-in tutduğu cinayətkar həbsxanada ölüb

11:11 / 30.04.2012
Azərbaycanda məhkum xəstəlikdən ölüb. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib. Hadidə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə alan 1963-cü il təvəllüdlü İsmayıl Ağayev xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, İ. Ağayev İrandan Azərbaycana narkotik daşıyan dəstənin üzvü olub. O, 2010-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilib. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib.


Bu yazı ( 107 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar