12px14px16px18px

Sürücülərə şad xəbər: Bakının bəzi yollarında sürət həddi artırılıb

14:20 / 26.04.2012
Bakının tamamilə yenidən qurulmuş bəzi yollarında maksimal sürət həddi artırılıb. Lent.az-ın məlumatına görə, Aeroport şosesinin davamı olan və Bakı Dairəvi yolunun bir hissəsi sayılan Mərdəkan dairəsi - Buzovna qəsəbəsi – Zuğulba – Bilgəh yolunda sürücülərə avtomobili saatda 120 km/saatla idarə edə biləcəkləri ilə bağlı elektron lövhələr quraşdırılıb. Azərbaycan qanunlarına əsasən isə sürücülər nəqliyyat vasitəsini təyin olunmuş sürət həddindən 10 km/saat yüksək sürətlə idarə etdikdə məsuliyyətə cəlb edilə bilərlər. Bu isə həmin yollarda saatda 130 kilometr sürətədək avtomobil idarə etməyə imkan verir.

Qeyd edək ki, Azərbaycanda yollardakı sürət həddini yol polisi deyil, Nəqliyyat Nazirliyi təyin edir. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yaxın gələcəkdə təhvil veriləcək yeni yollarda da bu təcrübədən istifadə olunacaq. Hazırda isə Dairəvi yolun Bilgəh qəsəbəsindən Sumqayıtadək dəniz sahili ilə çəkilən yolunda son tamamlama işləri aparılır.

Qeyd edək ki, Azərbaycanda Bakı dairəvi yolundan başqa Zığ-Aeroport yolunda da (beton yol) sürət həddi 100 km/saatdan çoxdur. 


Bu yazı ( 138 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar