12px14px16px18px

Sumqayıtda kütləvi zəhərlənmə: ölən var

13:08 / 26.04.2012
Aprelin 25-də Sumqayıt şəhəri “Poladkonstruksiya Quraşdırma” ASC-nin ərazisində kütləvi zəhərlənmə olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərləniblər. Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölüb. Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağırdır, M.Fəttayevin vəziyyəti isəorta-ağırdır. Hadisə zamanı zəhərlənən digər şəxslərə tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla əlaqədar araşdırma aparılır. 


Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar