12px14px16px18px

İran 10 əsas ərzaq məhsulunun ehtiyat fondunu yaradır

12:20 / 26.04.2012
İran hökuməti 10 əsas ərzaq məhsulunun toplanması üçün göstəriş verib. Lent.az-ın Türkiyənin “haber 365.com” saytına istinadən verdiyi məlumata görə, dövlət qurumlarına və özəl sektora başda ət, süd və düyü olmaqla 10 əsas ərzaq məhsulunun ehtiyat fondunun yaradılması tapşırılıb.

Buna İranın embarqolar səbəbilə qarşılaşdığı çətinliklərin səbəb olduğu bildirilir. İranın xüsusilə bəzi Avropa ölkələrinə neft satışını dayandırmasından sonra nağd pul ödəmə çətinliyi çəkdiyi bildirilir. Başqa bir səbəb isə nüvə müzakirələrində istənilən nəticə əldə edilməyəcəyi təqdirdə ölkəyə tətbiq ediləcək ərzaq embarqosudur. İran gələn ay Bağdadda keçiriləcək müzakirələrdə hazır getmək istəyir. 


Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar