12px14px16px18px

“Qəbələ RLS-lə bağlı problem həll olunmayacaq dərəcəyə çatmayacaq”

13:41 / 18.04.2012
Bu açıqlamanı APA-nın Moskva müxbirinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verib. Nazir müavini bildirib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı üçün bu problem heç bir risk yaratmır: “Rusiya-Azərbaycan arasında olan qarşılıqlı konstruktiv münasibətlər digər ölkələr üçün nümunədir”.


“Qəbələ RLS-lə bağlı danışıqlarda hal-hazırda hansı nəticəyə gəlinib?” sualına cavabında nazir müavini bildirib: “Biz Qəbələ RLS-lə bağlı danışıqları media-outlet vasitəsi ilə apara bilmərik. Başa düşürsünüzmü? Əfsuslar olsun ki, diplomatiya sanki taxıl toxumunun becərilməsi kimidir. Ona görə elçilərə, danışıqlar aparan adamlara işləmək imkanı verilməlidir. Danışıqlarda XİN və Müdafiə Nazirliyinin əməkdaşları bilavasitə iştirak edirlər”.


Xatırladaq ki, Rusiyanın “Kommersant” qəzeti Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı aparılan danışıqlarda problemin yarandığı haqqında məlumat yayıb. Məlumatda Azərbaycan tərəfinin Rusiyadan illik icarə haqqı olaraq 300 milyon ABŞ dolları istəməsi qeyd olunur.

Qəbələ RLS-lə bağlı iki ölkə arasında aparılan danışıqların ilk raundu Moskvada keçirilib. Növbəti raundun Bakıda keçirilməsi gözlənilir.



Bu yazı ( 194 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar