12px14px16px18px

Azərbaycanda iranlı məhbus ölüb

13:11 / 05.04.2012
Məhkum cəzaçəkmə müəssisəsində naməlum şəraitdə dünyasını dəyişib.Azərbaycanda Cəzaçəkmə Müəssisəsində İran İslam Respublikasının vətəndaşı olan məhkum ölüb. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Narkotik qaçaqmalçılığında təqsirli bilinərək həbsə məhkum edilən və adıçəkilən müəssisədə saxlanılan, İran İslam Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü İsmayıli Mövsudi Mirabdulla oğlu naməlum şəraitdə dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra mərhumun ölüm səbəbləri məlum olacaq.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Bu yazı ( 191 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar