12px14px16px18px

Havanın temperaturu 26 dərəcəyə yüksələcək

12:40 / 05.04.2012
Yaxın iki gündə ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək, temperatur yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Aprelin 7-də hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
Aprelin 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.


Bu yazı ( 174 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar