12px14px16px18px

Neft ucuzlaşıb

12:21 / 05.04.2012
Dünya bazarında neftin qiyməti kəskin düşüb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ Energetika Nazirliyinin ölkədə “qara qızıl” ehtiyatının artması barədə açıqlaması fonunda ucuzlaşıb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 2,54 dollar düşərək 101,47 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 2,54 dollar itirərək 122,34 dollar təşkil edib.



Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar