12px14px16px18px

Bir ailənin 4 üzvünün ölümüylə nəticələnən yanğının ilkin səbəbləri açıqlanıb

12:53 / 28.03.2012
Bu gün Sabirabad rayonunun Qaraqaşlı kəndində bir ailədən 4 nəfərin ölümü, ikisinin isə xəsarət alması ilə nəticələnən yanğın hadisəsinin səbəbləri məlum olub.
Rayon Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildiriblər ki, yanğın evdə quraşdırılmış odun sobasından başlayıb. Belə ki, gecə saatlarında odun sobasının istiliyindən yaxınlıqdakı neft lampası alışıb. Nəticədə neftin də ətrafa yayılması ilə güclü yanğın başlayıb. Gecə saatlarında əsən güclü külək isə alovun daha geniş miqyas almasına səbəb olub. Yalnız ev sahibi, 1932-ci il təvəllüdlü Murtuzayev Abdulkərim Kərim oğlu və onun gəlini, 1974-cü il təvəllüdlü Murtuzayev Emilya Salman qızı xilas ola biliblər. A.Murtuzayevin oğlu, 1967-ci il təvəllüdlü Valeh Murtuzayev, nəvələri 2000-ci il təvəllüdlü Gültən, 2007-ci il təvəllüdlü Rəhim və 2010-cu il təvəllüdlü Nəsib isə yanaraq ölüb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.


Bu yazı ( 132 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar