12px14px16px18px

Havalar isinir, 22 dərəcə isti olacaq

12:52 / 28.03.2012
Martın 29-dan başlayaraq ölkə ərazisində temperatur yüksəlməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən xəbərə görə, martın 29-da Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Martın 30-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 29-da əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Martın 30-31-də əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir. 


Bu yazı ( 138 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar