12px14px16px18px

Bakıda oğul atasını öldürdü

10:08 / 12.03.2012
Azərbaycan paytaxtında qətl törədilib.
Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib. Hadisə martın 11-dən 12-ə keçən gecə paytaxtın Naximov küçəsi, ev 17/1 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilov adıçəkilən ünvana gələrək atası ilə aralarında baş verən münaqişə zəminində 1956-cı il təvəllüdlü Yanvar İsrafilovu bıçaqlayıb. Y. İsrafilov aldığı xəsarətdən dünyasını dəyişib. S. İsrafilov isə atasını qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.


Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar