12px14px16px18px

Bakıda gənc oğlanı ölümcül hala saldılar

11:03 / 09.03.2012
Martın 9-na keçən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 23:30 radələrində Babək prospekti, 111 saylı binanın qarşısında 1985-ci ildə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş Rüstəmov Nahid Yaqub oğlu bıçaqlanıb.
Məlumata görə, 27 yaşlı gənc naməlum şəxs tərəfindən döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. N.Rüstəmovun vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.Fakt üzrə araşdırmalara başlanılıb.



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar