12px14px16px18px

Avropa Şurası “siyasi məhbus” anlayışının meyarlarını müəyyənləşdirəcək

RAFAEL HÜSEYNOV: “SIYASI MƏHBUS” ANLAYIŞININ MEYARLARINI MÜƏYYƏN ETMƏK ÜÇÜN AYRICA MƏRUZƏNIN TƏYIN EDILMƏSI HƏM AZƏRBAYCANIN, HƏM DƏ AVROPA ŞURASININ UĞURUDUR”

01:47 / 25.05.2012

 

MüsahibimizMilliMəclisin (MM) Mədəniyyətkomitəsininsədrmüavini, professor Rafael Hüseynovdur
Rafaelmüəllim, bugünlərdəAvropaŞurasıParlamentAssambleyasının (AŞPA) HüquqiİşlərİnsanHüquqlarıKomitəsininnövbətiiclasındaiştiraketmisinizbildiyimizəgörə, iclasdasiyasiməhbusməsələsiiləbağlıönəmliqərar qəbuledilib. Bubaxımdanistərdikki, ohaqdadahaətraflıməlumatverəydiniz.
–Öncə qeyd edim ki, Azərbaycan 2001-ci ilin yanvar ayından AŞPA-da həqiqi üzv kimi fəaliyyəti başlayıb. Amma biz yanvar ayında  hələ bu qurumda  səsvermə, çıxışetmə hüququ olmadan iştirak edirdik. Biz  sənədlər hazırlamaq, çıxış etmək imkanını yalnız 2001-ci ilin aprel ayında qazandıq. Lakin elə 2001-ci ilin yanvar ayında  AŞPA-ya ilk səfərimizi edərkən, artıq orada 800 nəfərdən çox “siyasi məhbusu” əhatə edən bir siyahı əldə dolaşırdı. O zaman Hollandiyadan olan deputat Erik Yurgens bu məsələ ilə bağlı ifrat canfəşanlıq göstərir və bir çox mənada sırf qərəzli fəaliyyət aparırdı. Bu həmin şəxsdir ki, Azərbaycan Avropa Şurasına həqiqi üzvlüyə qəbul edilərkən əleyhimizə səs vermişdi. Bu həmin şəxsdir ki, elə o vaxtlar “siyasi məhbus” oyunlarında şəxsi maraqları olduğunu gizlətməmiş və işarə vurmuşdu ki, məni əsas düşündürən Əlikram Hümbətovdur. Onu buraxın, bu məsələdən əl çəkim. Yəni, bu adamı problemin mahiyyəti, ümumən məhbuslar yox, insan haqları deyil,  aldığı tapşırıq və alacağı haqq üzrə tək bir nəfər maraqlandırırdı. O nəfər də nə nəfərdir, hər kəsə bəllidir
Baxmayaraq ki, Azərbaycan nümayəndə heyəti yenicə fəaliyyətə başlamışdı,amma artıq Azərbaycanın əleyhinə  olan bu məsələ ortadaydı və sonrakı illər ərzində də daim  “siyasi məhbus” məsələsinin qaldırılması bizə həmişə Dağlıq Qarabağ məsələsi ilə əlaqədar problemi ortaya qoyurkən maneələr yaradırdı. Biz hər dəfə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələlər qaldıranda, Dağlıq Qarabağ probleminin müzakirəsini önə çəkmək istəyəndə, müəyyən qüvvələr dərhal həmin “siyasi məhbus” məsələsini ortaya atır və bizim problemin irəliləməsinin qarşısını alırdılar. Yəni, lap başlanğıcdan bu tədarük edilmiş, irəlicədən layihəsi cızılmış bir məkr idi. Çünki məlum idi – Azərbaycan Avropa Şurasına gəlibsə, mütləq Dağlıq Qarabağ məsələsini qaldıracaq, hökmən Ermənistanın işğalında danışacaq. Və “siyasi məhbus” kartını bizi hər dəfə bu istiqamətdə vurmaq, qarşımızı almaq  üçün planlaşdırmışdılar.
Biz 2001-ci ildən başlayaraq dəfələrlə AŞPA-nın Hüquqi İşlər və İnsan Hüquqları Komitəsində, partiya qruplarında, plenar iclaslarda məsələ qaldırmışdıq ki, ilk növbədə “siyasi məhbus” anlayışının  meyarları müəyyən olunmalıdır. Təəssüflər olsun ki, indiyə  qədər bu meyarlar müəyyən edilməyib. Sonralar bu ardıcıl təkidlərin nəticəsi olaraq,  “Treksel qrupu”  adlanan ekspertlər qrupunun 3 üvzünün- Stefan Treksel, Evert Alkema və Aleksandr Arabaçiyevin hazırladığı 5 müddəadan ibarət meyarlar toplusu işçi variant kimi təklif edildi. Lakin əksəriyyətin etiraf etdiyi kimi, “meyar” adı ilə təqdim edilən bu  5 müddəa “siyasi məhbus” anlayışının mahiyyətini dəqiq ifadə edə bilmirdi. Ona görə biz dəfələrlə bu məsələ ilə əlaqədar sənədlər hazırladıq...
Söhbətkonkretolaraq, hansısənədlərdəngedir?
– Məsələn, şəxsən mənim “siyasi məhbus” problemi ilə əlaqədar hazırladığım  4 sənəd var. 2003-cü ildə hazırladığım  bir sənəd “Siyasi məhbus” anlayışının universal kriteriyalarının müəyyənləşdirilməsi və Ermənistanda siyasi məhbuslar” adlanırdı. Digər bir sənədim isə “Avropada siyasi məhbuslar” adlanırdı. Qəribədir, həmin o “Treksel qrupu”nun müəyyən etdiyi prinsiplərlə “siyasi məhbus” anlayışını Avropanın digər ölkələrində araşdırmaq məsələsi ortaya qoyulanda, əksəriyyət o zaman bunun əleyhinə getdi. Amma həmin meyarları çox rahatlıqla Azərbaycana tətbiq edirdilər. Bu, açıq-aşkar ikili standartlarla yanaşma deyil də, nədir?!
Hüquqi İşlər Komitəsində bu ətrafda son 11 ildə onlarla müzakirələr, dinləmələr keçirilib. Bu il   may ayının 21-də isə  Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin növbəti iclası baş tutdu və  düşünürəm ki, həmin toplantı bizim 11 illik fəaliyyətimizin çox uğurlu nəticəsi hesab olunmalıdır. Amma bu ilk növbədə Azərbaycan dövlətinin siyasi iradəsinin, qətiyyətinin, bütün təzyiqlərə baxmayaraq mövqeyindəki qətiyyətinin təntənəsi sayılmalıdır...
Axı, nəyəgörə?
–Ona görə ki, hər kəs agahdır ki, son dövrlərdə   mətbuat səhifələrində “siyasi məhbus” məsələsi üzrə məruzəçi olan almaniyalı deputat Kristof Ştrasserin Azərbaycana gəlişi ilə əlaqədar ən müxtəlif məlumatlar yer alırdı. Azərbaycan tərəfi isə siyasi iradə olaraq, belə bir müddəanı ortaya qoyurdu ki, ilk növbədə “siyasi məhbus” anlayışının mahiyyəti müəyyən edilməlidir və yalnız ondan sonra Avropanın, dünyanın istənilən ölkəsində, o cümlədən, Azərbaycanda bu məsələ ilə əlaqədar tədqiqatlar aparıla bilər. Ştrasseri  Azərbaycana guya buraxmamaq məsələsi də bundan ibarətdir.
Biz Ştrasseri və digər AŞPA deputatlarını daim qəbul etməyə hazırıq. Azərbaycanın AŞPA qarşısında öhdəlikləri var və o, istənilən məruzəçini qəbul etməlidir, qəbul etməyə də hazırdır. Lakin müəyyən edilmiş və razılaşdırılmış format çərçivəsində, qəbul edilən mandat hüdudlarında. Ştrasseri də biz Azərbaycana “siyasi məhbus” anlayışının mahiyyətini müəyyən  edəcək bir ekspert kimi qəbul etməyə hazır idik. Ancaq o deyirdi ki, Azərbaycanda “siyasi məhbus” məsələsini tədqiq etmək üçün  gəlir.
Azərbaycan rəhbərliyinin də fikri, mövqeyi və qəti iradəsi bundan ibarət idi ki,əvvəlcə meyarlar müəyyən edilsin, ondan sonra problemin həlli yolunda addımlar atılsın. May ayın 21-dəki  iclasdan öncə isə  Komitədə iki məktub vardı...
Kimlərin?
–Bu məktublardan birini ispaniyalı parlamentar Arkadia Diaz Tejera hazırlamışdı. İkinci məktubu isə Kristof Ştrasser imzalamışdı. Diaz Tejeranın  və digər 27 nəfər Komitə üzvünün, o cümlədən mənim də  imza atdığımız  birinci məktubda deyilirdi ki,  Ştrasserin hazırladığı “Siyasi məhbus anlayışının mahiyyəti  və onun ayrı-ayrı ölkələrdə tətqiqi” adlı  məruzəsi  iki hissəyə bölünsün. Birincisi, “Siyasi məhbus anlayışının meyarları” adlı ayrıca bir məruzə olsun, ikincisi isə “Üzv ölkələrdə siyasi məhbusların araşdırılması problemi” olsun.
Bəs, Ştrasserözhəmkarlarınınmövqeyiiləbağlıdeyirdi?
–Strasser də öz növbəsində qeyd edirdi ki, bu ilin iyun ayında məruzəni yekunlaşdıraraq AŞPA-ya təqdim etməlidir və həmin məruzənin içərisində də  “siyasi məhbus” anlayışının mahiyyəti haqda məlumatlar  verəcək , kriteriyalarını göstərəcək. Bu zaman  çox qızğın müzakirələr başladı və 20-yədək deputat çıxış etdi.  Bu çıxışlarda da ən müxtəlif mövqelər ifadə olunurdu. Əvvəlcə, Tejera və Ştrasser məktub müəllifləri kimi mövqelərini müdafiə etdilər. Daha sonra isə Komitənin ayrı-ayrı üzvləri mövqelərini sərgilədilər. Məsələn, hər zaman Azərbaycana qarşı qərəzli münasibətilə tanınan keçmiş həmməruzəçi Andreas Qross inadla tələb edirdi ki, “siyasi məhbus” meyarları  ilə bağlı “Treksel qrupu”nun müəyyən etdiyi kriteriyalar ortadadır və onun əsasında iş getsin.
Lakin buna əks olan deputatlar da çıxış edirdilər və onlar da tamamilə məntiqi olaraq tələb edirdilər ki, əvvəl meyarlar ortaya qoyulsun, sonra araşdırılma aparılsın...
Sizinözünüz buməsələiləbağlıhansımövqenisərgilədiniz?
– Mən də iclasda çıxış etdim və bildirdim ki, “siyasi məhbus” anlayışının AŞPA-da araşdırılması məsələsi yeni  söhbət deyil,  “siyasi məhbus” məsələsi, anlayışı ilə bağlı Avropa Şurasında ilk sənəd  hələ 1956-cı ildə hazırlanıb. Yəni, Avropa Şurası 1949-cu ildə yaranıb, cəmi 7 il sonra artıq “siyasi məhbus” anlayışının ortada olması, bununla əlaqədar araşdırılma aparılması zəruriyyəti yaranıb. Lakin aradan 55 ildən artıq müddət keçsə də, indiyə qədər “siyasi məhbus” anlayışının mahiyyəti müəyyən edilməyib, ona görə də illər boyu bu məsələ ortaya atılanda, hansısa ölkədə “siyasi məhbus” məsələsini araşdırmaq təklifi irəli sürüləndə, dərhal qarşıya haqlı sual çıxıb ki, hansı meyarlar əsasında?!
Ona görə çıxışımda  Komitə üzvlərinin, o cümlədən mənim özümün  imzaladığım məktubu bir daha dəstəkləyərək, sözlərimə onu da əlavə etdim ki, bəli, meyarlar olmalıdır, meyarlar olmasa, iş aparmaq mümkünsüzdür. Eyni zamanda, belə bir nümunə gətirdim ki, təsəvvür edin, hər hansı bir yeni dərman preparatını heç bir laboratoriya sınağından keçməmiş, ekspertlər tərəfindən qəbul edilməmiş halda, zorla bir xəstəyə-guya onu sağaltmaq üçün tətbiq etmək istəyirsiniz. Bu isə yalnız qanun pozuntusu deyil, təbabətdə də, hüquqşünaslıqda da cinayət kimi qiymətləndirilir. Ona görə də əvvəlcə meyarları qəbul edək, ondan sonra da onu konkret ölkələrə şamil edərək iş aparaq.
Əgər biz meyarları müəyyən etsək- həm də bu meyarlar Komitə səviyyəsində deyil, Parlament Assambleyası səviyyəsində müzakirə edilərək təsdiq olunmalıdır, o zaman bu  yalnız AŞPA-ya gələcək fəaliyyətlərində kömək etməyəcək, həmçinin, bütövlükdə hüquq elminə bir töhfə olacaq. Çünki  “siyasi məhbus” anlayışının hüquq elmində bu günə qədər dəqiq tərifi, müəyyən edilmiş  konkret meyarları yoxdur. Bunu müəyyən etmək də son dərəcə çətindir, mürəkkəbdir. Ona görə ki,  “siyasi məhbus” ifadəsinin özündə təzad, qəlizlik, mürəkkəblik görünməkdədir. “Siyasi” sözü siyasəti ifadə edir, “məhbus” anlayışı isə hüquq elmini.  Hüquq elmi  konkret faktlara, dəqiq parametrlərə əsaslanır, siyasət isə təbii ki, daha yayğın,daha mücərrəd bir təfərrüatı özündə ehtiva etməkdədir. Beləliklə, çox qızğın müzakirələrdən sonra nəhayət, məsələ səsə qoyuldu və böyük əksəriyyətin – 25 nəfərin 18 nəfərə qarşı olması ilə bu məruzənin bölünməsi məsələsi qəbul edildi. Qərara alındı ki, “siyasi məhbus” məsələsi ilə bağlı ayrıca məruzə hazırlansın. Bu isə o deməkdir ki, artıq iyun ayında Azərbaycanla, ya başqa hansısa ölkəylə əlaqədar “siyasi məhbus” məsələsi ortaya qoyula bilməz.
Çünki AŞPA-nın baş katibi Savitski də həmin iclasda iştirak edirdi. Adətən, AŞPA-nın baş katibi sözügedən komitənin iclaslarında  nadir hallarda iştirak edir, amma son iki iclas idi ki, dalbadal bizim iclaslara qatılırdı. Ona görə ki, məsələnin mürəkkəb və mübahisəli olduğunu bilirdi. O öz növbəsində dedi ki, qəbul olunmuş qrafikə əsasən məruzə yay sessiyasınadək təhvil verilməli, təqdim olunmalıdır, lakin artıq aydındır ki, “siyasi məhbus” üzrə kriteriyalar  müəyyən edən məruzəçiyə vaxt lazımdır. Bu məruzəni hazırlayan Ştrasser də, digər deputat və ya deputatlar, ya ekspertlər qrupu ola bilər, fərqi yoxdur, kim olur-olsun,  yetərincə zaman lazımdır. Bu sadə bir məruzə deyil ki, 1-2 həftəyə əmələ gələ. Şəxsən mən belə  düşünürəm ki, bu problemlə bağlı məruzəçi tək  olmayacq, burada mütəxəssislər qrupuna mütləq ehtiyac duyulacaq. Yəqin ki, növbəti müzakirələr əsnasında belə təkliflər mütləq səslənəcək. Deməli, iyuna kimi, bunu heç cür çatdırmaq mümkün deyl. Hətta ilkin variant hazırlansa belə, o Komitədə dönə-dönə müzakirə olunmalı, onunla bağlı dinləmələr keçirilməli, sonra  məruzə PA-ya çıxmalı və orada təsdiq olunmalıdır. Bu isə aylara deyil, bəlkə illərə sığası bir prosesdir. Yalnız bu işlər görüldükdən sonra həmin meyarlar əsasında ayrı-ayrı ölkələrdə “siyasi məhbus” məsələsini tədqiq etmək imkanı yaranacaq.
Həm də o meyarlar müəyyən ediləndən sonra problem yalnız üzv ölkələrdə deyil, digər istənilən ölkədə də araşdırıla bilər. Məhz bundan sonra Ştrasser də AŞPA-nın istənilən ölkəsinə, o cümlədən, Azərbaycana gələ , əlindəki meyarlara uyğun adam varsa, onu “siyasi məhbus” elan edə bilər. İndiki reallıq budur.
Yoxsa ki, bir hüquq müdafiəçisi hansısa şəxsi mülahizələrinə görə bir siyahı hazırlayır, bir başqası ayrı yanaşmalarla ondan ikiqat uzun siyahı tərtib edir, üçüncüsü  daha fərqli, dördüncüsü, beşincisi  tamam ayrı siyahılar meydana gətirir.
Hər kəs özünün müəyyən etdiyi meyarlara görə, şərti mülahizələrə əsasən kimlərisə “siyasi məhbus” elan edirsə, bu, düzgün sayıla bilməz. Təsadüfi  deyil, onlarla hüquq-müdafiəçisi var, amma onların  hər birinin əlində müxtəlif miqdarı müəyyən edən siyahılar mövcuddur. Əgər konkret meyarlar olsaydı, siyahılardakı rəqəmlər də kəskin fərqlənməz, hətta eyni olardı. Birində 50-dir, birində 100-dür, birində 300, birində 500-dür və sair. Bazardırmı, bu? Hərçənd belə işlərdə bazar, sövdə tərəfi də həmişə əl altından görsənib.
Beləliklə, may ayının 21-də adıçəkilən  Komitədə qəbul edilmiş qərar,  “siyasi məhbus” anlayışının dəqiq meyarlarının, elmi kriteriyalarının müəyyənləşdirilməsi ilə bağlı məruzənin hazırlanması haqda fikrin rəsmiləşdirilməsi, qənaətimcə, tarixi əhəmiyyəti olan bir qərardır. Bu, Avropa Şurasının həyatındakı əlamətdar bir hadisədir. Bu, eyni zamanda, Azərbaycanın bir dövlət olaraq, siyasi iradəsinin, gücünün Avropa Şurası tərəfindən qəbul olunması və təsdiqidir. Çünki Azərbaycanı zaman-zaman  ittiham edirdilər ki, məruzəçini ölkəyə buraxmırsan, Azərbaycan da dönə-dönə izah edirdi, inandırırdı, məntiqi dəlillərlə sübut edirdi ki, dəqiq meyarlar olmadan qeyri-müəyyən mandatlı məruzəçini qəbul edə bilməz, meyarlar müəyyən edilməli və o çərçivədə də  məruzəçi gəlib araşdırmasını aparmalıdır. Nəhayət, Azərbaycanın iradəsi öz gücünü göstərdi.
Düşünürəm ki, bu həm haqqı sübut etməyə nail olmuş Azərbaycanın uğurudur, həm də nəhayət ki, haqq yola gələn Avropa Şurasının...
KamilHƏmzƏoğlu
 
 



Bu yazı ( 238 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar