12px14px16px18px

Zeynəb Xanlarova: “Xalqın komalarının qabağında elə villalar tikirlər ki...”

00:54 / 23.05.2012

Milli Məclisin dünənki iclasında söz alan 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat, SSRİ Xalq artisti Zeynəb Xanlarova ölkədə beş-altı nəfər varlının hegemonluq etdiyini söyləyib. Z.Xanlarova bildirib ki, çox deyirlər xalq, camaat, millət küçələrə düşüb: “Xalq beş-altı nəfər pullu, dövlətli adamlara görə küçələrə düşüb. O adamlar vəzifəli adamlardırlar və onların yaratdığı vəziyyət prezidentə qarşı təxribatdır. Deputat seçildiyim ərazidə Altıağac qəsəbəsi var. Orada nə qədər villa tikiblər. Kasıb bir komanın yanında necə evlər, villalar tikiblər. Hətta Allahın suyu çıxan bulağı həyətlərinə çəkib aparıblar. Xalqın, millətin gözü qabağında edirlər bunu. Xalq bunu görüb qıcıqlanır. Çünki kasıbdır. Sən niyə belə edirsən? Əgər prezident səni seçibsə, vəzifəyə qoyubsa, bu o demək deyil ki, cibini doldurub xalqı prezidentdən narazı salmalısan. Bunu edənlər beş-altı nəfər varlı şəxsdir, onlara bəzən oliqarx deyirlər, mənim bu sözdən xoşum gəlmir. Kəmaləddin Heydərovu çıxmaq şərtiylə heç biri xalqa əl tutmur. Kəmaləddin Heydərov hər zaman xalqın içindədir, Hacı Zeynalabdin Tağıyev kimi kasıba əl tutur. Bunu o birilər niyə etmirlər? Niyə camaatı narazı salırlar? Bu, beş-altı nəfər varlının işidir. Camaat prezidentdən narazı deyil. Bunu edən dövlətlilərdir”.
KAMİL



Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar