12px14px16px18px

Mübariz Qurbanlı: “Azərbaycan nümayəndələrinin “erməni soyqırımı” abidəsini ziyarət etmələri məlumatı yalandır”

00:23 / 23.05.2012
Məlum olduğu kimi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin növbəti iclası İrəvanda keçirilir. Parlamentin dünənki iclasında bu məsələyə toxunan millət vəkili Mübariz Qurbanlı bildirib ki, sədrlik Azərbaycana keçdiyi üçün Azərbaycan nümayəndə heyəti həmin tədbirə qatılır.
O deyib ki, erməni saytları Azərbaycan nümayəndə heyətinin qondarma “erməni soyqırımı” abidəsini ziyarət etdiyi barədə məlumat yayıblar: “Mən nümayəndə heyəti ilə əlaqə saxlamışam. Azərbaycan nümayəndə heyətinin qondarma “erməni soyqırımı” abidəsini ziyarət etdiyi barədə məlumat yalandır. Nümayəndə heyətimiz Gürcüstandan Ermənistana təyyarə ilə gedib və həmin vaxt təyyarədə olublar. Ermənilərin bu məlumatlarına inanmayın”.
KAMİL



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar