12px14px16px18px

Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycana dair tövsiyələrin icrasının vəziyyəti müzakirə edilib

00:40 / 19.05.2012
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycana dair tövsiyələrin icrası vəziyyəti ilə bağlı müzakirə keçirilib. Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, habelə digər dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Ombudsman Elmira Süleymanova qeyd edib ki, insan hüquqları sahəsində yaranan yeni institut və mexanizmlər sırasında BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın BMT qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən biri də UDİ mexanizmi ilə bağlıdır. BMT-nin bu yeni mexanizmi üzv dövlətlərin insan hüquqları sahəsində öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini aşkarlamağa imkan verir. Müvəkkil bildirib ki, Ombudsman təsisatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən hələ 2006-cı ildə Avropanın 10 nüfuzlu ombudsman institutu sırasında “A” statusu ilə akkreditasiya olunub. Bu status Ombudsman təsisatına BMT-nin saziş qurumlarına, eləcə də İHŞ-ə hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, alternativ hesabatlar hazırlamaq və insan hüquqları sahəsində dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri verir. Qeyd olunub ki, Müvəkkil İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli qətnaməsinə uyğun olaraq, UDİ mexanizmi üzrə paralel məruzə hazırlayıb, bu məruzə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərilib. Məruzədə həm son illərdə insan hüquqlarının təmin olunması sahəsində müsbət təcrübə, həm də mövcud çatışmazlıqlar göstərilib. UDİ üzrə rəsmi hesabatda isə bu sənədin hazırlanmasında Müvəkkilin də fəal iştirak etdiyi xüsusi vurğulanıb. UDİ üzrə dövlətin hesabatının yüksək səviyyədə hazırlanması məqsədilə, həmçinin həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin İcmal haqqında dolğun informasiyaya malik olması üçün Müvəkkil beynəlxalq ekspertlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib. Azərbaycanın təqdim etdiyi hesabatın bütövlükdə uğurlu hesab edildiyi, ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatların müsbət qiymətləndirildiyi diqqətə çatdırılıb. Xarici İşlər Nazirliyinin bu sahədə əsas nəzarət orqanı olduğu, müstəqil monitorinq mexanizminin Müvəkkil tərəfindən aparıldığı bildirilib. PƏrvanƏ


Bu yazı ( 218 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar