12px14px16px18px

Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti Bakıdadır

13:06 / 12.05.2012
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti ilə Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) sabiq prezidenti cənab Mayk Mortimer Bakıda səfərdədir.Səfər proqramı çərçivəsində M.Mortimerin bir sıra rəsmi qurumların məsul şəxsləri ilə görüşlər keçirəcəyi, həmçinin yeni inşa olunmuş "ClimBaku" idman dırmanma mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir. Mayın 11- də isə qonaq, FAİREX-in ofisində federasiyanın aktiv idmançıları ilə görüşəcək.
Qeyd edək ki, səfər zamanı M.Mortimer Azərbaycanın, o cümlədən Bakının bir sıra görməli yerlərində olub.
Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq Dağçılıq Federasiyasının aktiv üzvüdür.



Bu yazı ( 211 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar