12px14px16px18px

Bəşir Atalay: “İki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunuq”

QƏNİRƏ PAŞAYEVA BƏŞİR ATALAY VƏ CEZMİ BAYRAMLA GÖRÜŞÜB

01:42 / 11.05.2012
 
İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə “Bir düşüncə hərəkatının yüz ili” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Türkiyə Baş nazirinin müavini Bəşir Atalay və İstanbul Türk Ocaqları başqanı Cezmi Bayramla görüşüb. Beynəlxalq simpoziumda Q. Paşayevanın Türk Dünyasının birgə fəaliyyətinin vacibliyi və əhəmiyyəti barədə çıxış və məruzəsini yüksək qiymətləndirən Türkiyə Baş nazirinin müavini Bəşir Atalay Türkiyənin bundan sonra da daim Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəyini deyib. Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Türkiyə Baş nazirinin müavini Bəşir Atalay iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu söyləyib. Bəşir Atalay da Türkiyənin Azərbaycan və Qafqazdakı bütün türk xalqları ilə dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini, onların problemlərini həll etmək üçün səylərini artırdığını vurğulayıb.
Millət vəkili isə ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib.
“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir. Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir və Azərbaycan hər zaman qardaş Türkiyənin güclənməsinə və ugurlarına sevinir”. Millət vəkili Türkiyənin Baş nazirinin müavini Bəşir Atalaya araştırmaçı-yazar Azər Turanla həmmüəllifi müəllifi olduğu “Əlibəy Hüseynzadə Turan” kitabını təqdim edib.
Qeyd edək ki, Türk Ocaqlarının qurulmasında böyük xidmətləri olan Türk dünyasının böyük şəxsiyyəti Əli Bəy Hüseyzadə haqqında yazılmış bu kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibəti ilə İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində nəşr edilib və Türkiyədə geniş təqdimatı keçirilib. Kitab bütün simpozium iştirakçılarına İstanbul Türk Ocaqları tərəfindən hədiyyə edilib. Türkiyənin Baş nazirinin müavini Bəşir Atalay millət vəkilinə dəyərli kitab üçün təşəkkür edib. İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə “Bir düşüncə hərəkatının yüz ili” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində millət vəkili Türkiyə İstanbul Türk Ocaqları Cezmi Bayramla da görüşüb və fikir mübadiləsi aparılıb. Millət vəkilinə İstanbul Türk Ocaqları adından ebru tablosu hədiyyə verilib. 
KAMİL
 
 
 



Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar