12px14px16px18px

Qarabağ Seyid Ocaqları Şuşanın işğalı ilə bağlı tədbir keçirib

11:39 / 08.05.2012


Qarabağ Seyid Ocaqlarının təşkilatçılığı ilə Qarabağ Seyid Ocaqlarının təmsilçilərindən olan hüquqşünas, Hacı Sevinc Əzimbəyli Şuşanın işğalının 20 illiyi ilə bağlı tədbir keçirib.
Tədbirdə fəal ziyalı qadınlar, yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər iştirak edib. Mərasimdə ilk olaraq Şuşanın işğalı zamanı şəhid olmuş insanların ruhuna, eləcə də dövlətimizin bütövlüyü ilə bağlı dualar edilərək, Qurani Kərimdən ayələr oxunub. Daha sonra ehsan süfrəsi açılıb.
Tədbirdə çıxış edən S.Əzimbəyli Şuşanın işğal səbəblərinə diqqətə çəkib. O, Şuşanın Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olduğunu deyərək, düşmən tapdağı alıtnda olan torpaqlarımızın gec-tez işğaldan azad ediləcəyini bildirib: “Artıq 20 ildir ki, Şuşa düşmən tapdağı altında “inləyir”. Şuşa Azərbaycanın alınmaz qalası idi. Şuşa xalqımızın həm də mədəniyyət şəhəri olaraq müqəddəs məbədimiz olub. Təəssüf ki, Şuşa milli dönüklərimizin xəyanəti nəticəsində işğala məruz qaldı. Amma inanıram ki, biz torpaqlarımızı işğaldan azada edə biləcəyik. Hesab edirəm ki, dövlətimizi Qarabağ siyasətinə dəstəkləmək bir vicdan işidir. Və biz yalnız dövlətimizin yanında olaraq, həmrəylik nümayiş etdirərək Qarabağımızı, digər torpaqlarımızı işğaldan azad edə bilərik. Biz ziyalı qadınlar hər vəchlə buna çalışmalıyıq”.
Daha sonra qarşıdan gələn müqədəs ayların dəyərindən danışan S.Əzimbəyli belə tədbirlərin hər ay müntəzəm olaraq keçiriləcəyini bildirib. O, növbəti tədbirin iyun ayında gerçəkləşdiriləcəyini deyib.
AQİL



Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar