12px14px16px18px

Minsk Qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər

11:46 / 05.05.2012
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 11-13-də regiona səfər edəcəklər. APA-nın məlumatına görə, həmsədrlər mayın 11-də Ermənistanda, mayın 12-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, mayın 13-də isə Azərbaycanda olacaqlar. Vasitəçilər səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri, hər iki ölkənin xarici işlər nazirləri ilə görüşəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların mövcud durumu, konfliktin həlli perspektivləri müzakirə olunacaq.



Bu yazı ( 168 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar