12px14px16px18px

Ermənistanın Azərbaycanla sərhəd kəndləri boşalır

SON BİR HƏFTƏ ƏRZİNDƏ TAUŞ VİLAYƏTİNDƏ 10 AİLƏ EVİNİ TƏRK EDİB

01:00 / 04.05.2012


Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında yerləşən erməni kəndləri boşalmağa başlayıb, sakinlər evlərini tərk edirlər. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, son bir həftə ərzində Tauş vilayətinin Dovex kəndini 4, Ayqepar kəndini 2, Berkaber kəndini isə 4 ailə tərk edib. Erməni ailələrinin evlərini tərk etmələrinin son vaxtlar cəbhənin bu istiqamətində gedən intensiv döyüşlərlə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, aprelin 20-dən etibarən Ermənistan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax və Tovuz rayonları istiqamətində aktivləşməsi müşahidə olunub. Ötən həftə ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin qeyd olunan istiqamətində qarşı tərəfin 10-a yaxın təxribat cəhdinin qarşısı alınıb. Ermənistan Ordusu xeyli canlı qüvvə və hərbi texnika itirib.




Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar