12px14px16px18px

Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Ciddə və Mədinədə müqəddəs yerləri ziyarət edəcək

00:47 / 04.05.2012
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 4-dən 8-dək Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olacaq.Bunu Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu parlamentdə mayın 3-də keçirdiyi brifinqdə dilə gətirib.A.Təvəkküloğlunun qeyd etdiyinə görə, səfərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, parlamentin Regional məsələlər komitəsinin sədri Fəttah Heydərov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova, parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev, Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, millət vəkili İmamverdi İsmayılov, həmçinin Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər şəxslər daxildirlər. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, səfər zamanı nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdulla bin Məhəmməd bin İbrahim al-Şeyxlə, Azərbaycanla parlamentlərarası Dostluq qrupunun üzvləri və sözügedən ölkənin digər rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub: “Səfər zamanı keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanunvericilik sahəsində təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. MM-in nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin fəaliyyəti ilə yaxından tanış olacaq, Məclisin iclasında iştirak edəcək. Bununla yanaşı, həmçinin səfər müddətində millət vəkillərimiz Səudiyyə Ərəbistanı Krallığının Ciddə və Mədinə şəhərlərində olacaq, buradakı müqəddəs yerləri ziyarət edəcəklər”.
KAMİL


Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar