12px14px16px18px

Səməd Seyidov: "Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparılır"

11:49 / 02.05.2012
Parlamentin dünən keçirilən növbəti iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sözügedən yaz sessiyası barədə danışıb. S.Seyidov qeyd edib ki, AŞ PA-da ümumi hesabat Avropa Şurası tərəfindən dəyişdirilib və "Azərbaycanda siyasi məhbus" məsələsi adı altında təqdim olunub: "İnsan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. Əgər insan hüquqları araşdırılırsa, tək Azərbaycanda yox, bütün ölkələrdə araşdırılmalıdır". S.Seyidov bildirib ki, bir şəxsin mövqeyini əsas götürərək Azərbaycana qarşı kampaniya aparılır: "Avropada bəzi media orqanları da buna əsasən Azərbaycana qarşı kampaniya aparır. Azərbaycan öhdəliklərini yerinə yetirir. Ancaq Azərbaycanı hədəf kimi seçən hansısa insanları qəbul edə bilməz".
Spiker Oqtay Əsədov isə deyib ki, Ştrasser insanları Azərbaycanda "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtinaya çağırıb: "Azərbaycana qarşı bu münasibətin kökündə nə dayandığını hamı bilir".
KAMİL




Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar