12px14px16px18px

Millət vəkili Kolumbiya Senatı ilə parlamentlərarası dostluq qrupu yaradılmasını təklif edib

11:48 / 02.05.2012
"Bu günlərdə Kolumbiya Senatında Dağlıq Qarabağ məsələsi, o cümlədən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur". Bunu parlamentin mayın 1-də keçirilən növbəti plenar iclasında millət vəkili Aydın Mirzəzadə dilə gətirib. A.Mirzəzadənin bildirdiyinə görə, Kolumbiya Senatının qəbul etdiyi sənəddə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işi dəstəklənir, Azərbaycan torpaqlarının, o cümlədən Xocalının ermənilər tərəfindən işğal olunduğu, Xocalıda əsrin faciəsi törədildiyi açıq şəkildə qeyd olunur: "Bu məqamların yer alması olduqca vacib və əhəmiyyətlidir. Bu gün nə Azərbaycanın Kolumbiyada, nə də Kolumbiyanın Azərbaycanda diplomatik korpusu var. Ancaq buna baxmayaraq, Azərbaycandan çox-çox uzaqlarda yerləşən bir ölkədə - Kolumbiyada bu cür vacib sənədin qəbul olunması bir daha onu göstərir ki, Azərbaycan həqiqətləri, Azərbaycan diplomatiyası ölkə hüdudlarından kənarda da qəbul olunur". Onun sözlərinə görə, bunlar heç şübhəsiz, Azərbaycan diplomatiyasının növbəti uğurlarından xəbər verir: "Ona görə mən çox istərdim ki, Azərbaycan parlamenti adından Kolumbiya Senatının sədrinə təşəkkür məktubu göndərilsin. Həmçinin Azərbaycan parlamenti ilə Kolumbiya Senatı arasında parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılsın". Millət vəkilinin fikirləri və təklifi spiker Oqtay Əsədov tərəfindən də razılıqla qarşılanıb, dəstəklənib.
KAMİL




Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar