12px14px16px18px

Milli Məclis əqli mülkiyyətə dair qanun layihəsini birinci oxunuşda qəbul edib

11:48 / 02.05.2012
Dünən Milli Məclisdə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi keçirilib.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verib. O bildirib ki, bu, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı atılan addımdır. Onun sözlərinə görə, Azərbaycanda əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı prokurorluğun cinayət işinin açması üçün qanunvericilik bazası yoxdur. Millət vəkili nəzərə çatdırıb ki, kitab piratçılığı 40%, audivizual piratçılıq 69%, kompyuter piratçılığı 88% təşkil edir. Sənəddə qeyd edilir ki, əqli mülkiyyətdən qeyri-qanuni istifadə etmiş şəxs buna bilməyərək yol versə də belə, məhkəmə əqli mülkiyyət hüquqi sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Əqli mülkiyyət hüququ sahibinin hüquqlarının bərpası üçün vəkilə ödədiyi xərcləri də qarşı tərəf ödəməlidir. Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında istifadə edilən materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxara bilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
KAMİL





Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar