12px14px16px18px

Millət vəkili parlamentin Novruz bayramı ilə əlaqədar amnistiya aktı qəbul etməsini təklif edib

14:19 / 08.03.2012
Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Milli Məclis amnistiya aktı layihəsini qəbul etməsini təklif edirəm.
Bunu parlamentin dünənki plenar iclasında millət vəkili, “Ümid” Partiyasının sədri İqbal Ağazadə deyib.
Millət vəkilinin bildirdiyinə görə, çox yaxşı olardı ki, həbsdə olan xeyli sayda insanlar Novruz bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirsin: “Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar.
Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, o zaman, parlament adından dövlət başçısına müraciət etsin ki, növbəti əfv fərmanı imzalasın. Bu, ölkədə siyasi-milli barışığın əldə olunması üçün çox mühüm bir addım olardı”.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar