12px14px16px18px

QAT Minsk qrupunun vasitəçilik missiyasının dayandırılmasını tələb edir

13:49 / 08.03.2012
“Minsk qrupu həmsədrlərinin Bakıya növbəti səfəri çoxlu suallar doğurdu. Azərbaycanın paytaxtına, demək olar ki, oğru kimi gəldilər, aeroporta gəlmələri ilə bağlı heç bir məlumat verilmədi, mətbuat nümayəndələrindən qaçdılar. Bizim bütün səylərimizə baxmayaraq onların hərəkət qrafiki, görüşləri ilə bağlı heç bir məlumat əldə edə bilmədik. Onların fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin 20 illiyi ilə bağlı üzbəüz münasibətimizi bildirmək istədik, suçlu və oğru adamlar kimi hamıdan qaçıb gizləndilər”.
Bu bəyanatla Qarabağ Azadlıq Təşkilatı(QAT) çıxış edib. Qeyd edilir ki, onlar bu hərəkətləri ilə Azərbaycan xalqı qarşısında suçlu, günahkar olduqlarını bir daha göstərdilər: “Bu, bir daha sübut edir ki, həmsədrlərin Azərbaycan xalqına, mətbuatına deməyə sözləri yoxdur. Çünki 20 il ərzində Azərbaycan xalqının əleyhinə işləmiş, ermənilərin əsassız iddialarını yerinə yetirməklə məşğul olublar”.
Qarabağ Azadlıq Təşkilatı bir daha Minsk qrupu həmsədrlərinin ermənipərəst fəaliyyətini pisləyir, onların vasitəçilik missiyasının dayandırılmasını, Azərbaycana səfərlərinə son qoyulmasını tələb edir.
PƏrvanƏ



Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar