12px14px16px18px

Milli Məclisdə ermənilərin müxtəlif strukturlar vasitəsilə Azərbaycana müraciət etmələri məsələsi qaldırılıb

13:41 / 08.03.2012
Vaxtı ilə Azərbaycanda yaşayan və məlum hadisələrlə bağlı Azərbaycandan Ermənistana və digər ölkələrə köçən ermənilər yaşadıqları ölkələrin xarici siyasət idarələri və digər müvafiq strukturları vasitəsilə Azərbaycana sorğu ünvanlayırlar. Bunu parlamentin çərşənbə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Kamilə Əliyeva deyib.
Millət vəkili qeyd edib ki, həmin sorğularda ermənilərin vaxtı ilə işlədikləri yerlərdən onlara arayışların göndərilməsi tələb olunur. “Biz axı nə vaxta qədər ermənilərin hüquqları ilə məşğul olacayıq? Ermənistandan da məlum hadisələr zamanı xeyli sayda soydaşımız Azərbaycana qaçqın düşüblər. Görəsən, soydaşlarımızın da bu yöndə olan hüquqları həmin ölkədə qorunurmu? Mən buna inammıram”, – o deyib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova Kamilə Əliyevanın çox gözəl bir məsələyə toxunduğunu qeyd edib. “Bu onu göstərir ki, insan hüquqları Azərbaycan üçün necə fundamental dəyərlərdir”, – B.Muradova deyib. Onun sözlərinə görə, Azərbaycan insan haqları sahəsində beynəlxalq konvensiyaları ratifikasiya edərək üzərinə öhdəliklər götürüb və bunlara da real olaraq əməl edir. “Mən sizi başa düşürəm. Cinayətdə rolu olan ermənilər gec-tez öz cəzalarını alacaqlar, biz buna nail olacıq və bu konvensiyaların müddəaları cinayətdə əli olan ermənilərə şamil edilmir. Ola bilsin ki, kimsə mənim fikrimlə razılaşmasın, amma bu mənim fikrimdir”, – vitse-spiker deyib.
B.Muradova həmçinin Ermənistanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, Ermənistandan qaçqın düşən soydaşlarınızın problemlərinin həll olunması istiqamətində konkret işlər görməyə çağırıb.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar