525-ci qəzet

Cəfər Cabbarlı Mükafatı laureatlara təqdim edilib



R.Behbudov adına Dövlət Mahnı Teatrında Cəfər Cabbarlının 110 illiyilə bağlı, ədibin adını daşıyan mükafatın təqdimetmə mərasimi olub. Bu barədə ədibin ev-muzeyinin baş elmi məsləhətçisi, nəvəsi Qəmər Seyfəddinqızı məlumat verib. Mərasim yazıçının ev-muzeyinin layihəsi əsasında “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib. Sözügedən mükafat 2001-ci ildə təsis edilib. Q.Seyfəddinqızı mükafatın böyük ədibin əsərlərinin səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi əhəmiyyət kəsb edən bədii nümunələrə görə teatr xadimlərinə və dramaturqlara təqdim olunduğunu bildirib. Publisistik yazılarına görə yazıçı-publisist Salatın Əhmədli, Fəridə Ləman, Səidə Musabəyli, Qafar Əsgərzadə, teatr sahəsi üzrə Əminə Yusifqızı, Laləzar Mustafayeva, İlham Əsgərov, Yaşar Nuri, Ramiz Məlikov, Aydın Kazımzadə, Həmidə Ömərova, Ələkbər Muradov, Rafiq Əzimov, Sabir Məmmədov, Ramiz Məmmədov, rejissor işinə görə Bəhram Osmanov, ədəbiyyat və teatr sahəsindəki tədqiqatlarına görə Asif Rüstəmli, Rəhim Əliyev, İlham Rəhimli, Hamlet İsaxanlı, bəstəkarlar Vüqar Camalzadə, Elçin İmanov və başqaları müxtəlif nominasiyalarda Cəfər Cabbarlı mükafatına layiq görülüblər.
SARA




20.04.2010     Çap et  Çap et