525-ci qəzet

Xəzərin statusu üzrə növbəti görüş Aşqabadda olacaq



Xəzərin statusu üzrə işçi qrupun növbəti görüşü martın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək. ANS PRESS-in MEHR agentliyinə istinadən yaydığı məlumata görə, bu məlumatı İran prezidentinin Xəzər problemləri üzrə şəxsi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə verib. Görüşdə Xəzəryanı ölkə başçılarının növbəti sammitinə hazırlıq nəzərdə tutulub. Qeyd edək ki, 1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.







07.03.2012     Çap et  Çap et