525-ci qəzet
Bakıda qəribə hadisə: cibgir polisin cibinə əl atdı
Martın 5-də Bakı şəhərində maraqlı hadisə baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 65 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini Ələkbər Kazımov 27-ci PB-nin əməkdaşı, kiçik serjant Anar Babayevin cibindən 50 manat oğurlayarkən polis əməkdaşı tərəfindən yaxalanıb.
Ondan 0,243 qram narkotik vasitə olan heroin aşkar edilib.
06.03.2012
Çap et